Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq - VİDEO

Sabah bəzi yerlərdə 40 dərəcə isti olacaq - VİDEO
# 09 iyul 2022 11:53 (UTC +04:00)

İyulun 10-da gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti yağmursuz keçəcək.

Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 33-38° isti, Bakıda gecə 22-24° isti, gündüz 35-37° isti olacaq.

Atmosfer təzyiqi 754 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 45-50 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz keçəcək. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 33-38°, bəzi yerlərdə 40° isti, dağlarda gecə 8-13° isti, gündüz 21-26° isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR