Sabahın hava proqnozu

Sabahın hava proqnozu
# 09 noyabr 2022 12:21 (UTC +04:00)

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə duman, az çiskin. Şimal-şərq küləyi əsəcək.

Bu barədə APA-ya Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Havanın temperaturu gecə 9-11° isti, gündüz 13-16° isti, Bakıda gecə 9-11° isti, gündüz 13-15° isti olacaq. Atmosfer təzyiqi 770 mm civə sütunu olacaq. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecə və səhər saatlarında duman olacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 4-9° isti, gündüz 13-17° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 3-7° isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR