Sabahın hava proqnozu - VİDEO

Sabahın hava proqnozu - VİDEO
# 22 aprel 2022 12:30 (UTC +04:00)

Aprelin 23-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 9-12° isti, gündüz 16-20° isti, Bakıda gecə 10-12° isti, gündüz 18-20° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 764 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-70 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə az yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-14° isti, gündüz 23-28° isti, dağlarda gecə 0-5° isti, gündüz 11-16° isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR