Sabahın hava proqnozu - VİDEO

Sabahın hava proqnozu - VİDEO
# 06 iyul 2022 12:33 (UTC +04:00)

İyulun 7-nə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz yarımadanın bəzi yerlərində qısamüddətli yağış yağacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-23° isti, gündüz 30-34° isti, Bakıda gecə 21-23° isti, gündüz 31-33° isti olacaq.

Atmosfer təzyiqi 761 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 50-55 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. Lakin gündüz bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-22° isti, gündüz 31-36° isti, dağlarda gecə 8-13° isti, gündüz 17-22° isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR