Sabahın hava proqnozu - VİDEO

Sabahın hava proqnozu - VİDEO
# 03 sentyabr 2022 12:02 (UTC +04:00)

Sentyabrın 4-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında yağmursuz olacaq, cənub küləyi əsəcək.

Havanın temperaturu gecə 21-25° isti, gündüz 34-39° isti olacaq. Bakıda gecə 23-25° isti, gündüz 37-39° isti olacaq. Atmosfer təzyiqi 757 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-65 %, gündüz 25-30 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz olacaq, şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 19-24° isti, gündüz 35-40°, bəzi yerlərdə 41° isti, dağlarda gecə 13-18° isti, gündüz 23-28° isti olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR