Şimal bölgəsində temperatur mənfi 15 dərəcəyədək enib, qarın hündürlüyü 20 sm-ə çatıb

Şimal bölgəsində temperatur mənfi 15 dərəcəyədək enib, qarın hündürlüyü 20 sm-ə çatıb
# 09 fevral 2023 09:51 (UTC +04:00)

Ötən gün axşam saatlarından başlayaraq şimal bölgəsinə qar yağıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Qubanın rayon mərkəzində qarın hündürlüyü 9 sm, Xaltan 14 sm, Xınalıq 16 sm və Qrız kəndlərində 12 sm olub.

Xızının Altıağac qəsəbəsində 7 sm, Qusarın rayon mərkəzində isə 10 sm, Ləzə kəndində isə 20 sm qar müşahidə olunub.

Ən aşağı temperatur Qubanın Xınalıq kəndində qeydə alınıb. Burda havanın temperaturu mənfi 15 dərəcəyədək enib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR