Şimşək çaxıb, yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA

Şimşək çaxıb, yağış yağıb, dolu düşüb - FAKTİKİ HAVA
# 05 iyun 2023 19:11 (UTC +04:00)

Faktiki hava açıqlanıb.

APA xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 05-i saat 18:00-a olan məlumatına əsasən Daşkəsən, Göygöl, Goranboy, Tovuz, Gədəbəydə şimşək çaxıb, yağış yağıb.

Tovuz rayonunun Kirən məntəqəsində saat 14:55-15:07 radələrində diametri 20 mm, Goranboy rayonunun Börü, Buzluq və Erkeç kəndlərinə saat 16:40-16:45 radələrində 8-9 mm, Gədəbəy rayonunun Samanlıq kəndinə isə saat 17:10 radələrində dolu düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR