Şuşa, Kəlbəcər və Laçına yenə qar yağacaq, duman olacaq

Şuşa, Kəlbəcər və Laçına yenə qar yağacaq, duman olacaq
# 08 yanvar 2023 10:53 (UTC +04:00)

Şuşa, Kəlbəcər və Laçında qar yağıb, yağan qar nəticəsində qar örtüyü əmələ gəlib.

APA-nın xəbərinə görə, Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev bildirib ki, bu gün - yanvarın 8-də Şuşa, Kəlbəcər və Laçında qarın yağmasının davam edəcəyi, arabir duman olacağı gözlənilir.

Hazırda şərq küləyi əsir, küləyin sürəti 3-8 m/s-dir. Havanın temperaturu 3-6 dərəcə şaxta təşkil edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR