Şuşaya qar yağıb, yollar buz bağlayıb - FOTO

Şuşaya qar yağıb, yollar buz bağlayıb - FOTO
# 08 fevral 2023 10:01 (UTC +04:00)

Fevralın 7-i gecə saatlarından yağan qar, Şuşa şəhərində nəqliyyat vasitələrinin hərəkətində bəzi çətinliklər yaradıb.

APA -nın Şuşaya ezam olunan xüsusi müxbiri xəbər verir ki, gecə boyu yağan qar Şuşa şəhər daxili və dağ yollarında gediş-gəlişi məhdudlaşdırıb.

Gecə temperaturun aşağı düşməsi Şuşa rayonun dağ yollarının bəzi yerlərində buzlaşmaya səbəb olub.

Hazırda şəhərin və dağ yollarının qardan təmizlənməsi üçün yollara texnikalar cəlb olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR