Dekabrda Bakıya qar yağmayacaq

Dekabrda Bakıya qar yağmayacaq
# 02 dekabr 2022 16:16 (UTC +04:00)

“Bu il dekabr ayının əvvəli daha çox tutqun keçəcək, fasilələrlə yağıntı olacaq”.

APA xəbər verir ki, bunu ETSN-in Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva “Ekspert saatı”nda deyib.

“Əsasən şimal və şərq rayonlarında yağıntıların daha intensiv olacağı gözlənilir. Ayın 7-nə kimi hava soyuq olacaq. Paytaxtda bu müddət ərzində ən soyuq havanın ayın 4-dən 6-na kimi olacağı gözlənilir. Gecə və gündüz temperaturu biri-birinə yaxın - 3-6 dərəcə isti olacaq. Dekabrda şaxta gözlənilmir. Ona görə də Abşeron yarımadasında yağıntılar yağış şəklində olacaq. Lakin qar görmək istəyənlər ölkənin digər ərazilərinə səfər edə bilərlər”, - Umayra Tağıyeva qeyd edib.

U.Tağıyeva əlavə edib ki, Azərbaycanda orta sutkalıq temperaturun 10 dərəcədən yüksək olan dövrünün davamiyyəti 20 günə qədər artıb:

“Regiondan asılı olaraq 170-245 gün təşkil edir. Artım əsasən dağlıq ərazilərdə müşahidə olunur. Bu, isti qurşaqların sərhədinin 150-200 metrədək yüksəlməsinə səbəb olur. Bu bizə isti sevən bitkilərin əkin sahələrini artırmaq imkanı yaradır. Beləliklə, iqlim dəyişikliyinin mənfi təsirlərindən faydalana bilərik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR