Umayra Tağıyeva: "Ölkə ərazisinə yarım sutkada yarım aylıq normaya bərabər yağıntı düşüb"

Umayra Tağıyeva: "Ölkə ərazisinə yarım sutkada yarım aylıq normaya bərabər yağıntı düşüb"
# 14 yanvar 2022 11:33 (UTC +04:00)

"Əvvəlcədən xəbər verildiyi kimi, ölkə ərazisinə soyuq, arktik hava kütlələrinin daxil olması nəticəsində dünən axşamdan hava şəraiti kəskin dəyişib. Respublikanın rayonlarında müşahidə olunan yağıntı sulu qara və qara keçib”.

APA-nın xəbərinə görə, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

O qeyd edib ki, ən yüksək və çox yağıntı respublikanın Böyük Qafqaz rayonlarında müşahidə olunub: "Yarım sutka ərzində yağıntının miqdarı yarım aylıq normaya bərabər olub. Qar örtüyünün hündürlüyü isə 22 sm təşkil edib. Nəzərə alsaq ki, bu gün gün ərzində yağıntılar davam edəcək, daha yüksək qara örtüyü müşahidə edəcəyik".

U. Tağıyeva deyib ki, proses qısamüddətlidir: “Yanvarın 14-ü axşam saatlarında başlayaraq ölkə ərazisində, o cümlədən Bakıda və Abşeron yarımadasında yağıntının kəsilməsi proqnozlaşdırır. Şimal küləyinin sürəti rayonlarda 28, Bakıda 27 metrə qədər artıb. Dalğanın hündürlüyü 5 metrə qədər yüksəlib. Axşama doğru güclü şimal-qərb küləyi arabir güclənən cənub-qərb küləyi ilə əvəz olunacaq. Yanvarın 15-də günün ikinci yarısında yenidən şimal-qərb küləyi güclənəcək. Yaxın günlərdə tez-tez güclü şimal küləyi güclü cənub küləyi ilə əvəz olunacaq. Atmosfer təzyiqinin də kəskin tərəddüdləri gözlənilir. Belə hava şəraiti meteohəssas insanlar üçün nisbətən əlverişsizdir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR