Umayra Tağıyeva: "Ölkəyə Orta Asiyadan toz kütlələri daxil olub"

Umayra Tağıyeva: "Ölkəyə Orta Asiyadan toz kütlələri daxil olub"
# 25 aprel 2022 18:05 (UTC +04:00)

"Peyk görüntülərinə və toz proqnoz modellərinə əsasən, bu gün günorta saatlarından başlayaraq ölkə ərazisinə şərq və cənub-şərq küləkləri vasitəsilə Orta Asiyadan toz kütlələri daxil olub".

APA xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

“Avtomatik stansiyalardan əldə etdiyimiz məlumatlara əsasən, hazırda havada dispers toz hissəciklərinin miqdarı Nizami, Xətai və Səbail rayonlarında normadan 2 dəfəyədək yüksəkdir”, - o qeyd edib.

Umayra Tağıyevanın sözlərinə görə, meteoroloji şəraitdən asılı olaraq yaxın iki gün ərzində havada tozun miqdarının normadan çox olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR