Umayra Tağıyeva: Temperatur iqlim normasından 2-3 dəfə aşağıdır

Umayra Tağıyeva: Temperatur iqlim normasından 2-3 dəfə aşağıdır
# 02 dekabr 2022 16:15 (UTC +04:00)

Dekabrın 1-dən temperaturun iqlim normasından 2-3 dəfə aşağı enməsi müşahidə edilir.

APA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva "Ekspert saatı"nda deyib.

O qeyd edib ki, son 20 ildə dekabr ayı üzrə ən aşağı temperatur 2002-ci ildə qeydə alınıb: “Ötən ilin dekabrında son 100 ilin iqlim statistikasına əsasən, ən isti dekabr aylarından biri müşahidə edilmişdi. Dekabrda ən yüksək temperatur isə 1940-cı ildə 27,1 dərəcə olub. Ötən il 26 dərəcə qeydə alınmışdı”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR