Umayra Tağıyeva: Yaxın günlərdə Şuşada və Laçında yağmursuz hava proqnozlaşdırılır

Umayra Tağıyeva: Yaxın günlərdə Şuşada və Laçında yağmursuz hava proqnozlaşdırılır
# 13 dekabr 2022 13:44 (UTC +04:00)

“Yaxın günlər ərzində ölkədə hava şəraitini nisbətən yüksək atmosfer təzyiqi sahəsi təyin edəcək. Şuşada, Kəlbəcərdə və Laçında yaxın günlərdə hava şəraitinin yağmursuz keçməsi proqnozlaşdırılır”.

APA xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, səhər və axşam saatlarında dumanlı olacaq: “Gecə saatlarında şaxta 2 dərəcədən 7 dərəcəyə kimi olacaq. Gündüz saatlarında isə temperaturun müsbət olması proqnozlaşdırılır. Günorta saatlarında 3-5 dərəcə isti olacağı gözlənilir. Lakin səhər saatlarında və axşama doğru temperatur bir qədər enərək 0 - -2, -3 dərəcə intervalında dəyişəcək. Respublikanın digər rayonlarında həftənin sonuna kimi əsasən yağmursuz hava şəraiti olacaq. Dekabrın 16-da bəzi şimal və şərq rayonlarında havanın az yağıntılı olacağı ehtimalı var. Lakin bu, çox qısamüddətli prosesdir. Həftənin sonuna qədər hava şəraiti nisbətən əlverişli olacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR