Yağıntılı hava şəraiti aprelin 2-si gündüzdən tədricən kəsiləcək

Yağıntılı hava şəraiti aprelin 2-si gündüzdən tədricən kəsiləcək
# 02 aprel 2023 11:58 (UTC +04:00)

Müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraiti aprelin 02-si gündüzdən tədricən kəsiləcək, 03-04-də ölkə ərazisində hava şəraitinin sabit, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Bu barədə APA-ya Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən xəbər verilib.

Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən yüksələcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR