Yaxın günlərdə gözlənilən hava şəraiti açıqlanıb

Yaxın günlərdə gözlənilən hava şəraiti açıqlanıb
# 30 iyun 2022 15:38 (UTC +04:00)

Yaxın günlərdə gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən APA-ya verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında iyulun 01-dən 03-ü səhərədək şimal-qərb küləyi 15-18 m/s, arabir 20-23 m/s, 02-si gündüz yarımadanın bəzi yerlərində arabir 25-28 m/s olacaq.

İyulun 05-dək əsasən şimal və qərb rayonlarında qeyri-sabit hava şəraitinin davam edəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir. Qərb küləyi arabir 15-20 m/s, arabir 23 m/s, 02-də ayrı-ayrı yerlərdə arabir 25-30 m/s olacaq.

Çaylarda sululuğun artacağı ehtimal olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR