Yaxın saatlarda küləyin maksimal sürəti 25-30 m/s-yə çatacaq

Yaxın saatlarda küləyin maksimal sürəti 25-30 m/s-yə çatacaq
# 30 mart 2023 11:05 (UTC +04:00)

Respublikanın bir sıra rayonlarında qərb küləyinin güclənməsi müşahidə olunur.

APA xəbər verir ki, bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib. Onun sözlərinə görə, küləyin maksimal sürəti bəzi bölgələrdə 25-32 m/s-yə çatıb:

"Saat 10:00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi 15 m/s-dir. Yaxın saatlarda isə küləyin maksimal sürəti 18-23, arabir 25-30 m/s-yə çatacaq. Güclü küləkli hava şəraitinin daha 2 gün ərzində davam edəcəyi proqnozlaşdırılır. Küləyin maksimal sürəti 32-35, bəzi ərazilərdə isə arabir 38 m/s-yə çatacağı ehtimal olunur. Aprelin 1-i gündüz saatlarından külək tədricən mülayimləşəcək".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR