Bakıda Xəzəryanı ölkələrin sərhəd mühafizə qurumları rəhbərlərinin görüşünün keçirilməsi planlaşdırılır

Bakıda Xəzəryanı ölkələrin sərhəd mühafizə qurumları rəhbərlərinin görüşünün keçirilməsi planlaşdırılır
# 25 sentyabr 2009 15:14 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Bu ilin sonlarında Bakıda Xəzəryanı ölkələrin sərhəd mühafizə qurumları rəhbərlərinin görüşünün keçirilməsi planlaşdırılır. APA-nın məlumatına görə, bu barədə Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev bildirib.

E. Quliyev deyib ki, toplantıda Xəzər dənizində təhlükəsizlik məsələləri Azərbaycan, Rusiya, İran, Qazaxıstan və Türkmənistanın müvafiq qurumlarının rəhbərlərinin iştirakı ilə beştərəfli formatda müzakirə ediləcək.

«Bu gün Azərbaycanda sərhəd mühafizəsi ən yüksək səviyyədə təşkil olunur. Artıq bir sıra ölkələr bizim təcrübəni öyrənərək tətbiq etmək niyyətindədirlər», - deyə E.Quliyev əlavə edib.

Yaxın aylarda isə Bakıda Sahil Mühafizəsi üzrə İşçi Qrupunun iclası keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR