İlin sonunadək Azərbaycanın dövlət sərhədlərində 20-dən artıq yeni sərhəd zastavası və komendaturası istifadəyə veriləcək

İlin sonunadək Azərbaycanın dövlət sərhədlərində 20-dən artıq yeni sərhəd zastavası və komendaturası istifadəyə veriləcək
# 28 sentyabr 2009 11:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Bu ilin sonunadək Azərbaycanın dövlət sərhədlərində 20-dən artıq yeni sərhəd zastavası və komendaturası istifadəyə veriləcək. APA-nın məlumatına görə, bu barədə Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev bildirib.

Onun sözlərinə görə, dövlət sərhədlərinin mühafizəsinin gücləndirilməsi istiqamətində tədbirlər davam etdirilir. Sərhədlərdə yeni mühəndis-istehkam qurğuları yaradılır, mövcud qurğular yeniləri ilə əvəzlənir, sərhəd zastavalarının və komendaturaların binaları yenidən qurulur, onlar ən müasir avadanlıq və texnikalarla təchiz olunur.

E. Quliyev Bakı şəhərində DSX-nın zabitləri üçün inşa olunan çoxmərtəbəli yaşayış binasında işlərin yekunlaşmaq üzrə olduğunu da qeyd edib. DSX rəisi digər bölgələrdə də sərhədçi zabit və gizirlərin mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində tədbirlərin həyata keçirildiyini vurğulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR