Bakıda Azərbaycan və İordaniya Hərbi Hava Qüvvələri nümayəndə heyətlərinin görüşü keçiriləcək

Bakıda Azərbaycan və İordaniya Hərbi Hava Qüvvələri nümayəndə heyətlərinin görüşü keçiriləcək
# 09 oktyabr 2009 10:41 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA. Bakıda Azərbaycan və İordaniya Hərbi Hava Qüvvələri (HHQ) nümayəndə heyətlərinin görüşü keçiriləcək. Bu barədə APA-ya Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə nazirlikləri arasında imzalanmış ikitərəfli əməkdaşlıq planına əsasən, oktyabrın 12-dən 14-dək davam edəcək görüşdə Azərbaycan HHQ və İordaniya Kral HHQ arasında əməliyyat, istismar və hava hücumundan müdafiə və s. sahələr üzrə müzakirələr aparılacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR