Ermənistan Silahlı Qüvvələri Goranboy və Füzuli istiqamətində atəşkəsi pozub

Ermənistan Silahlı Qüvvələri Goranboy və Füzuli istiqamətində atəşkəsi pozub
# 13 oktyabr 2009 09:27 (UTC +04:00)
Bakı-APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri oktyabrın 12-də saat 17.55-dən 18.10-dək Goranboy rayonunun Gülüstan kəndi yaxınlığında yerləşən mövqelərdən,
saat 21.00-dan 21.30-dək, oktyabrın 13-də saat 01.45-dən 02.05-dək və 06.05-dən 06.10-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR