Ermənilər işğal olunmuş Azərbaycan ərazilərində hərbi təlimləri davam etdirirlər

Ermənilər işğal olunmuş Azərbaycan ərazilərində hərbi təlimləri davam etdirirlər
# 13 oktyabr 2009 10:56 (UTC +04:00)
Ağdam. Teymur Zahidoğlu-APA. Ermənistan Silahlı Qüvvələri işğal olunmuş Azərbaycan ərazilərində oktyabrın 9-da başladığı hərbi təlimləri bu gün də davam etdirir. APA-nın Qarabağ bürosunun məlumatına görə, son beş gündə olduğu kimi bu gün səhər saatlarından etibarən Ağdam şəhəri və Şahbulaq dağı istiqamətində güclü partlayış səsləri eşidilməyə başlayıb. Hazırda düşmən artilleriya və zirehli texnikalardan atəş açmaqda davam edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR