Azərbaycanın müdafiə naziri Tacikistana gedir

Azərbaycanın müdafiə naziri Tacikistana gedir
# 05 noyabr 2009 11:54 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Azərbaycanın müdafiə naziri Səfər Əbiyev Müstəqil Dövlətlər Birliyi Müdafiə Nazirləri Şurasının iclasında iştirak etmək üçün Tacikistana gedəcək. APA-nın Tacikistan mətbuatına istinadən verdiyi məlumata görə, noyabrın 9-10-da Düşənbədə keçiriləcək toplantıda 20-dən çox məsələnin müzakirəsi gözlənilir.

Noyabrın 11-də isə S. Əbiyevin Tacikistana işgüzar səfəri başlanacaq. O, Tacikistan prezidenti Emamoli Rahmon, Milli Məclisin sədri Saydullo Xayrulloyev, müdafiə naziri, general-polkovnik Şerali Xayrullayevlə görüşəcək. İkitərəfli görüşlərdə hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR