Ötən ay Azərbaycan ordusunun itkiləri ilə bağlı hesabat açıqlanıb

Ötən ay Azərbaycan ordusunun itkiləri ilə bağlı hesabat açıqlanıb
# 06 noyabr 2009 13:01 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. «Müdafiə və təhlükəsizlik sektoruna ictimai nəzarət» Koalisiyası 2009-cu ilin oktyabr ayında Azərbaycan Silahlı Qüvvələrində baş verən itkilərlə bağlı hesabatını açıqlayıb. Bu barədə APA-ya Koalisiyadan məlumat verilib.

Məlumatda bildirilir ki, cari ilin oktyabr ayında Azərbaycan ordusu 3 hərbi qulluqçusunu itirib, 4 hərbçi isə yaralanıb. Onlardan 2 nəfəri – zabitlər Zakir Həsənli və Mahir Bayramov Azərbaycandan kənarda, İsveçrənin Çug kantonunda avtomobil qəzasına düşərək yaralanıb.

Koalisiyanın hesabatında o da qeyd olunub ki, 2009-cu ilin yanvar-oktyabr aylarında Azərbaycan Silahlı Qüvvələrində baş vermiş itkilərin ümumi sayı 53 nəfər təşkil edir. Cari ildə 34 hərbi qulluqçu yaralanıb və ya xəsarət alıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR