Ermənilər bir neçə istiqamətdə atəşkəsi pozublar

Ermənilər bir neçə istiqamətdə atəşkəsi pozublar
# 21 noyabr 2009 07:15 (UTC +04:00)
Bakı-APA. Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistan Silahlı Qüvvələri qoşunların təmas xəttində atəşkəs rejimini pozublar. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri noyabrın 20-də saat 10.30-dan 10.45-dək Ermənistanın Noyanberyan rayonunun Vosqepar kəndindəki mövqelərdən Qazax rayonunun Aşağı Əskirara kəndində yerləşən mövqelərimizi, saat 15.45-dən 16.00-dək Goranboy rayonunun Tapqaraqoyunlu kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 19.00-dan 19.10-dək, noyabrın 21-də isə saat 01.05-dən 01.10-dək Ağdam rayonunun Mərzili və Sarcalı kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 21.00-dan 21.15-dək Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən, noyabrın 21-də saat 01.35-dən 02.00-dək Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Bütün hallarda düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR