Erməni işğalçıları 2 istiqamətdə atəşkəsi pozub

Erməni işğalçıları 2 istiqamətdə atəşkəsi pozub
# 19 iyul 2010 07:16 (UTC +04:00)
Bakı – APA. Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 19-da saat 02.10-dan 02.20-dək Füzuli rayonunun Aşağı Əbdülrəhmanlı kəndi yaxınlığında yerləşən mövqelərindən, saat 04.10-dan 04.25-dək isə Tərtər rayonunun Çiləbürt kəndi yaxınlığında yerləşən mövqelərindən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən cavab atəşi ilə susdurulub. İtki yoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR