Ermənilər bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Ermənilər bir neçə istiqamətdə atəşkəs rejimini pozublar
# 20 iyul 2010 07:21 (UTC +04:00)
Bakı-APA. Azərbaycan torpaqlarının bir hissəsini işğal latında saxlayan Ermənistan Silahlı Qüvvələri qoşunların təmas xəttində atəşkəs rejimini pozmaqda davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 19-da saat 08.20-dən 08.50-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 10.00-dan 10.20-dək, saat 20.10-dan 20.30-dək Tərtər rayonunun Talış və Göyarx kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 20.30-dan 20.35-dək Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, iyulun 20-də saat 01///.40-dan 01.50-dək Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında yerləşən mövqelərdən, iyulun 19-da saat 20.05-dən 20.15-dək, saat 23.45-dən 23.55-dək, iyulun 20-də saat 00.10-dan 00.15-dək, saat 05.30-dan 06.05-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Horadiz və Aşağı Əbdülrəhmanlı kəndləri yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR