Ermənilər bir neçə istiqamətdə atəşkəs rejimini pozublar

Ermənilər bir neçə istiqamətdə atəşkəs rejimini pozublar
# 22 iyul 2010 07:46 (UTC +04:00)
Bakı-APA. Azərbaycan torpaqlarının bir hissəsini işğal altında saxlayan Ermənistan Silahlı Qüvvələri qoşunların təmas xəttində atəşkəs rejimini pozmaqda davam edir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Ermənistan Silahlı Qüvvələrinin bölmələri iyulun 21-də saat 21.45-dən 21.55-dək Ermənistan Respublikasının Berd rayonunun Çinarlı kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində yerləşən mövqelərimizi, saat 11.20-dən 11.30-dək, saat 14.00-dan 14.30-dək, saat 23.00-dan 23.10-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 17.30-dan 17.45-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 20.30-dan 20.45-dək Göy-Göl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 23.45-dən 23.55-dək Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar. Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR