Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri Ermənistanda əsirlikdə olan Anar Hacıyevə baş çəkəcəklər

Bakı. Hafiz Heydərov-APA. Ötən il mayın 10-da Ermənistan Silahlı Qüvvələri tərəfindən əsir götürülən Azərbaycan Ordusunun çavuşu Anar Xanbaba oğlu Hacıyevin ailəsi övladına məktub göndərib. Bu barədə APA-ya əsirin anası Nailə Məmmədova məlumat verib. Onun sözlərinə görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyinin əməkdaşları bu gün onlara gələrək yaxın günlərdə A. Hacıyevlə görüşəcəklərini bildiriblər. BQXK-ın nümayəndələri əsirin ailəsindən övladlarına məktub göndərmək şansı yaradıblar və görüş baş tutandan sonra əsirdən də ailəsinə məktub gətirəcəklərinə söz veriblər.
Xatırladaq ki, BQXK əməkdaşları sonuncu dəfə A. Hacıyevə bu il mayın 12-də baş çəkiblər.
Qeyd edək ki, 1990-cı il təvəllüdlü Anar Xanbaba oğlu Hacıyev Goranboy Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. O, 2009-cu il mayın 10-da saat 09.45-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli istiqamətində əsir götürülüb.

Hərbi

"Dəniz kuboku"nda iştirak edən komandaların rəhbər heyətləri ilə görüş olub - FOTO

“Tank biatlonu”nun püşkatma mərasimi keçirilib - FOTO

“Artilleriya atəşinin ustaları”nın püşkatma mərasimi keçirilib