Eldar Sabiroğlu: “Görünür, şəhid gizir Mübariz İbrahimovun qəhrəmanlığı ermənilərə çox ağır təsir edib”

Eldar Sabiroğlu: “Görünür, şəhid gizir Mübariz İbrahimovun qəhrəmanlığı ermənilərə çox ağır təsir edib”
# 22 iyul 2010 16:23 (UTC +04:00)
Lakin Ermənistan tərəfi hiyləgərlik nümayiş etdirərək, cəsədi qaytarmaqdan yayınır”.

APA-nın xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi polkovnik-leytenant Eldar Sabiroğlu bildirib.

Onun sözlərinə görə, Ermənistan tərəfi əvvəl bildirirdi ki, meyit silah-sursatla birgə onlardadır, lakin Azərbaycan rəsmi müraciət etməyib: “Sonra isə dedilər ki, cəsəd onlarda - nə Ermənistanda, nə də Qarabağda deyil. Ermənistan hökumətinin və hərbi dairələrinin bu cür hərəkətləri beynəlxalq humanizm prinsiplərinə ziddir. Ermənistan tərəfi bununla çox pis bir presedentin əsasını qoya bilər və gələcəkdə də eyni davranışı görə bilər. Biz əminik ki, cəsədin qaytarılması istiqamətində hər hansı nəticə əldə edəcəyik. Əks təqdirdə, bu, Ermənistan rəhbərliyinin qeyri-insani davranışının göstəricisi olacaq. Görünür, şəhid gizir Mübariz İbrahimovun qəhrəmanlığı onlara çox ağır təsir edib”.

Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinin giziri Mübariz İbrahimov bu il iyunun 18-də cəbhənin Tərtər rayonunu Çaylı kəndi istiqamətində Ermənistan Silahlı Qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək qəhrəmancasına şəhid olub. 22 yaşlı Mübariz İbrahimovun meyiti ermənilər tərəfindən götürülüb və hələ də geri qaytarılmayıb.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanılmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə gizir Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adı verilməsi barədə sərəncam imzalayıb. Dövlət başçısı həmçinin Azərbaycanın Milli Qəhrəmanı Mübariz Ağakərim oğlu İbrahimovun xatirəsini əbədiləşdirmək barədə sərəncam imzalayıb. Sərəncamda Azərbaycan Respublikası Nazirlər Kabinetinə Biləsuvar rayonunun orta məktəblərindən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etmək, Biləsuvar rayon İcra Hakimiyyətinə rayondakı küçələrdən birinə Mübariz İbrahimovun adının verilməsini təmin etmək tapşırılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR