İngilis dili kursunu uğurla bitirmiş 35 Azərbaycan əsgəri ilə görüş keçirilib

İngilis dili kursunu uğurla bitirmiş 35 Azərbaycan əsgəri ilə görüş keçirilib
# 30 iyul 2010 10:50 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Bakıda ABŞ-ın Azərbaycandakı səfirliyinin Müdafiə Əməkdaşlığı Departamenti və Azərbaycan Müdafiə Nazirliyinin “İngilis dili üzrə mobil təlim proqramı” kursunu uğurla bitirmiş əsgər məzunlarla görüş keçirilib. APA-nın məlumatına görə, kursda 35 Azərbaycan əsgəri təlim alıb.

Qeyd edək ki, kurs Azərbaycanın Silahlı Qüvvələrində ABŞ hökumətinin maliyyələşdirdiyi Beynəlxalq Hərbi və Təlim Tədris proqramında iştirak etmək üçün münasib olan ingilis dilli əsgərlərin sayını artırmaq məqsədi daşıyır. Altı aylıq kursda amerikalı mütəxəssislər ilkin təlimatçı kimi, ingilis dilli azərbaycanlı zabitlər isə təlimatçıların köməkçiləri kimi iştirak ediblər. Müdafiə Nazirliyi, həmçinin təlim zamanı kurs keçənləri lazımi materiallarla təmin edib.

Tədbirdə çıxış edən ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Adam Sterlinq məzunlara uğurlar arzulayıb, Birləşmiş Ştatlarla Azərbaycan arasında təhlükəsizlik üzrə əməkdaşlığın səviyyəsini yüksək qiymətləndirib. Müdafiə Nazirliyinin Təlim Tədris Mərkəzinin qərargah rəisi, polkovnik Fikrət İbrahimzadə də tədbirdə çıxış edib.

40 əsgərin iştirak edəcəyi növbəti kurs isə 2011-ci ildə keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR