ABŞ-da qoşunlarla mobil əlaqə sistemi yaradılıb

ABŞ-da qoşunlarla mobil əlaqə sistemi yaradılıb
# 05 avqust 2010 04:15 (UTC +04:00)
Bakı-APA. ABŞ HDQ-nin komandanlığı səhra şəraitində qoşunlarla sürətli qorunan kompüter əlaqəsi problemini həll etdiyini iddia edir.

San Diego Union-Tribune qəzetinin məlumatına görə, «Komanda və nəzarətin mobil modul sistemi» adlı qurğu ötən ilin noyabrından ABŞ-ın Əfqanıstandakı dəniz piyadaları qoşunlarında sınaqdan keçirilir. Daha iki nümunə Kaliforniya ştatının San-Dieqo şəhəri yaxınlığındakı Kemp-Pendlton bazasında yoxlanılır.

Qurğunun iş prinsipi barədə məlumat verilmir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR