Sabah Ermənistanda NATO-nun «Armenia-2010» təlimi başlayır

Sabah Ermənistanda NATO-nun «Armenia-2010» təlimi başlayır
# 10 sentyabr 2010 10:09 (UTC +04:00)
APA-nın NATO-ya istinadən verdiyi məlumata görə, NATO-nun Avro-Atlantik Fəlakətlərə Cavab və Koordinasiya Mərkəzinin (EADRCC) təşkilatçılığı ilə sentyabrın 17-dək davam edəcək təlimə Avro-Atlantik Əməkdaşlıq Şurasına və Aralıq dənizi Dialoquna üzv 15 ölkədən 600 nəfər mülki və hərbi heyətin, 40-a yaxın müşahidəçi qatılacaq. Təlim fövqəladə halların aradan qaldırılması mövzusundadır.Təlimdə şərti yüksək ballı zəlzələ nəticəsində İrəvanda güclü dağıntıların, insan təlafatının, həmçinin bununla əlaqədar baş vermiş kimyəvi və radioloji təsirlərin aradan qaldırılması ssenariləri üzrə tapşırıqlar icra olunacaq.

Qeyd edək ki, bu təlim Ermənistanın 2000-ci ildən indiyədək EADRCC ilə keçirdiyi 12-ci təlimdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR