Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda davam edir

Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqda davam edir
# 11 sentyabr 2010 06:50 (UTC +04:00)
Bakı - APA. Ermənistan Silahlı Qüvvələri atəşi dayandırmır. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, düşmən bölmələri sentyabrın 10-da saat 07.50-dən 08.15-dək, 18.40-dan 18.50-dək və 00.00-dan 00.30-dək Füzuli rayonunun ərazisindəki adsız yüksəkliklərdə və Qorqan kəndi yaxınlığında yerləşən mövqelərdən, saat 18.30-dan 18.50-dək Xocavənd rayonunun Kuropatkino kəndi yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən, saat 23.40-dan 23.50-dək Ağdam rayonunun Sarıcalı, Qaraqaşlı və Şıxlar kəndləri yaxınlığında yerləşən mövqelərdən, sentyabrın 11-də saat 03.30-dan 03.45-dək isə Tərtər rayonunun Qızıl Oba kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Ordusunun üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutub.

Düşmən cavab atəşi ilə susdurulub, itki yoxdur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR