Azərbaycan Müdafiə Nazirliyi: Cəbhənin şimal-qərb istiqamətində erməni kəşfiyyatçısı tutulub

Azərbaycan Müdafiə Nazirliyi: Cəbhənin şimal-qərb istiqamətində erməni kəşfiyyatçısı tutulub
# 13 sentyabr 2010 15:02 (UTC +04:00)
Sentyabrın 11-də təxminən saat 17.00-da cəbhənin şimal-qərb istiqamətində bir neçə nəfərdən ibarət olan erməni təxribat qrupunun növbəti hiyləsi də dəf edilib. Təxribatçılar əməliyyatlarının baş tutmadığını görüb qaçmağa başlasalar da, onlardan biri ələ keçib. Kəşfiyyatçıya aid olan bir sıra ləvazimatlarla birlikdə Manvel Mamikonoviç Sarıbekyan saxlanılıb.

Onunla aparılan ilkin söhbət nəticəsində aydınlaşıb ki, Manvel Sarıbekyanın Azərbaycanın nəzarət etdiyi ərazilərə soxulmaq istəyi Ermənistan xüsusi xidmət orqanlarının təxribat törətmək tapşırığı əsasında olub. Hazırda təxribatın detalları üzərində araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR