Nazirlər Kabineti Azərbaycan vətəndaşlarının hərbi xidmətə çağırılmasının təmin edilməsi tədbirləri haqqında qərar qəbul edib

Nazirlər Kabineti Azərbaycan vətəndaşlarının hərbi xidmətə çağırılmasının təmin edilməsi tədbirləri haqqında qərar qəbul edib
# 30 sentyabr 2010 15:41 (UTC +04:00)
Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Qərara əlavə olaraq, hökumət «2010-cu ilin oktyabrın 1-dən 30-dək Azərbaycan Respublikası vətəndaşlarının həqiqi hərbi xidmətə çağırışı üzrə Respublika Çağırış Komissiyasının tərkibi»ni də təsdiq edib. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinə isə Muxtar Respublikanın Çağırış Komissiyasının tərkibini təsdiq etmək tapşırılıb.

Qaydalara əsasən, Respublika Çağırış Komissiyası və Naxçıvan Muxtar Respublikasının Çağırış Komissiyası vətəndaşların Silahlı Qüvvələrə və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrinə həqiqi hərbi xidmətə çağırışının «Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında» qanunun tələblərinə uyğun olaraq həyata keçirilməsini təmin etməlidir.

Qərarla Müdafiə Nazirliyi, Səhiyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Nəqliyyat Nazirliyi, Maliyyə Nazirliyi və yerli icra hakimiyyəti orqanlarına vətəndaşların oktyabrın 1-dən 30-dək həqiqi hərbi xidmətə çağırılmasının təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş aidiyyəti tədbirləri görmələri tapşırılıb.

Nazirlər Kabinetinin qərarı ilə Respublika hərbi komissarının müavini, polkovnik Ramiz Məmmədov Komissiyanın sədri, Dövlət Sərhəd Xidməti rəisinin müavini, general-mayor Məhəmməd Abbasquliyev isə müavini vəzifəsinə təyin olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR