İran Xəzərdə Azərbaycanla birgə hərbi təlimlər keçirə bilər

İran Xəzərdə Azərbaycanla birgə hərbi təlimlər keçirə bilər
# 12 oktyabr 2010 15:50 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Azərbaycana səfərinin yekunlarına dair keçirdiyi mətbuat konfransında İranın müdafiə naziri general Əhməd Vəhidi bildirib.

İranlı nazir qeyd edib ki, bu cür təlimlər bölgədə sülhün və asayişin qorunmasına xidmət etməyə yönəlir.

İranın son illər Xəzər dənizindəki hərbi qüvvələrini yeni gəmilərlə gücləndirməsinin bölgədə qüvvələr balansına təsiri ilə bağlı APA-nın sualının cavablandıran nazir bunun Xəzər regionunda sabitliyi pozmayacağını qeyd edib: «İran Xəzər dənizini sülh, təhlükəsizlik və dostluq dənizi sayır. Bizim fəaliyyətimiz də buna yönəlib. Sahil ölkələri ilə yaxşı münasibətlərimiz var və bu addımlar hamı ilə razılaşdırılıb».

Ə. Vəhidi Azərbaycana səfərinin yekunları ilə bağlı məlumat verərək bildirib ki, səfər uğurlu keçib, görüşlərdə qarşılıqlı əməkdaşlığın müxtəlif aspektləri müzakirə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR