İranın müdafiə naziri: “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”

İranın müdafiə naziri: “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır”
# 12 oktyabr 2010 15:58 (UTC +04:00)
Kənar ölkələr çalışır ki, bölgədə belə bir böhran davam etsin». APA-nın məlumatına görə, bu fikirləri Bakıya səfərinin yekunlarına dair keçirdiyi mətbuat konfransında İranın müdafiə naziri, general Əhməd Vəhidi səsləndirib.

General münaqişənin həlli istiqamətində ATƏT-in Minsk Qrupu tərəfindən həyata keçirilən tədbirlərin arzu olunan nəticələr verməməsini bəzi amillərlə əsaslandırıb: «Böhranın qalması, həll olunmaması onların bölgədə qalması deməkdir. Biz dəfələrlə bəyan etmişik ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır».

Ötən gün onunla görüşdə Azərbaycanın müdafiə naziri Səfər Əbiyevin «Bəzi ölkələrin Ermənistanı təcavüzkar kimi tanımaması, bəzilərinin isə sözdə Azərbaycana dost və qardaş ölkə olduqlarını bəyan etməsi ilə yanaşı, işğalçıya iqtisadi və hərbi yardım göstərir» fikrinə isə İranın müdafiə naziri «Biz təcavüzkarı hər zaman pisləyirik», -deməklə münasibət bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR