İranın müdafiə naziri: “Azərbaycana hərbi yardım göstərməyə hazırıq”

İranın müdafiə naziri: “Azərbaycana hərbi yardım göstərməyə hazırıq”
# 12 oktyabr 2010 16:24 (UTC +04:00)
Bakı. Süleyman Fərzəliyev - APA. Azərbaycan İranın dinc məqsədli nüvə məsələsini dəstəkləyir ki, bu da dostluq və qardaşlığın bariz nümunəsidir. APA-nın məlumatına görə, bu fikirləri Bakıya səfərinin yekunlarına dair keçirdiyi mətbuat konfransında İranın müdafiə naziri, general Əhməd Vəhidi səsləndirib.

Onun sözlərinə görə, dinc məqsədli nüvə bütün xalqların haqqı və hüququdur: “Kütləvi qırğın silahlarından istifadə isə bəşəriyyət üçün zərərlidir və bu, heç bir xalqın haqqı deyil. Amma Qərb ölkələri atom silahının və dinc məqsədli nüvə enerjisinin də onlara məxsus olduğunu iddia edir. Bu heç də düzgün deyil”.

İranlı nazir “ərbin İranın nüvə reaktoru sisteminə virusun daxil edilməsi haqda deyilənlərə də münasibət bildirib. O deyib ki, İranın nüvə reaktoru sisteminə virusun daxil edilməsi mümkün deyil: “Qərb belə sözlərlə İranı beynəlxalq aləmdə nüfuzdan salmaq istəyir. Hazırda bizdə belə bir çətinliklə üzləşmə yoxdur. Biz bunu kiberterrorizm adlandırırıq ki, bu da imperialist ölkələrə xas olan əməldir. Biz regionda sülhün, sabitliyin tərəfdarıyıq. Elə buna görə də heç vaxt şayiələrə üstünlük verməyəcəyik. İran dəfələrlə hərbi sahədə müsəlman ölkələrinə kömək göstərməyi təklif edib. Əgər Azərbaycan tərəfi qəbul edərsə, bu ölkəyə də hərbi yardım göstərməyə hazırıq. İran və Azərbaycan çoxşaxəli beynəlxalq və regional məsələlər üzrə eyni mövqeyə malikdir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR