Ermənilər Azərbaycan hərbçiləri Mübariz İbrahimov və Fərid Əhmədovun meyitlərini qaytarıblar- FOTOSESSİYA

Ermənilər Azərbaycan hərbçiləri Mübariz İbrahimov və Fərid Əhmədovun meyitlərini qaytarıblar- <font color=red>FOTOSESSİYA</font>
# 06 noyabr 2010 12:32 (UTC +04:00)
BQXK-dan APA-ya verilən məlumata görə, əməliyyat Ağdam rayonunun təmas xətti yaxınlığında yerləşən Baş Qərvənd kəndi istiqamətində baş tutub.

“Cəsədlərin qaytarılması kədərli hadisə olsa da, vəfat etmiş şəxslərin ailələri öz əzizlərini dəfn edib onlara yas tuta biləcəklər”, - deyə BQXK-nın Bərdə ofisinin başçısı Elen Plenevo bildirib: “Biz Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar repatriasiya prosesinin son vaxtlar intensivləşməsinə sevinirik”.

Bu həftənin əvvəlində neytral vasitəçi qismində çıxış edən BQXK, bütün aidiyyəti olan tərəflərin razılığına əsasən Ermənistanda saxlanılan bir nəfər mülki şəxsin və bu ilin oktyabr ayında Bakıda vəfat etmiş Ermənistan vətəndaşının cəsədini repatriasiya edib.

Cenevrə Konvensiyalarına əsasən fəaliyyət göstərən BQXK Azərbaycanda və Ermənistanda Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar 1992-ci ildən etibarən işləyir.

Qeyd edək ki, meyiti qarşı tərəfə təhvil verilən şəxs Ermənistan vətəndaşı, 81 yaşlı Qavruşa Arustamyandır. Ermənilər isə Mübariz İbrahimov və Fərid Əhmədovun meyitlərini qaytarıblar.

Xatırladaq ki, gizir Mübariz İbrahimov bu il iyunun 18-də, zabit Fərid Əhmədov isə sentyabrın 4-də cəbhənin Tərtər istiqamətində düşmənin hücumunu dəf edərkən qəhrəmancasına şəhid olublar. Prezident İlham Əliyevin sərəncamı ilə M. İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilib.

Oktyabrın 27-də Rusiya Federasiyasının Həştərxan şəhərində bu ölkə prezidenti Dmitri Medvedev, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyan arasında üçtərəfli görüş keçirilib. Görüşdə prezidentlər birgə Bəyannamə imzalayıblar. Bəyannamədə hərbi əsirlərin dəyişdirilməsi və ölənlərin meyitlərinin ləngimədən qaytarılması əksini tapıb.

Azərbaycan və Ermənistan prezidentlərinin imzaladığı bəyannamənin icrasına noyabrın 4-dən start verilib. İlk olaraq Ermənistan tərəfindən əsir götürülən Eldar Tağıyev Azərbaycana təhvil verilib. Proses Azərbaycan-Ermənistan qoşunlarının Qazax rayonunun Bala Cəfərli kəndi yaxınlığındakı təmas xəttində, Qazax-İcevan yolunun üzərində yerləşən neytral zonada həyata keçirilib. Azərbaycan isə erməni hərbçi Manvel Mamikonoviç Sarıbekyanın meyitini Ermənistana təhvil verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR