Azərbaycanın Dövlət Komissiyası Mübariz İbrahimov və Fərid Əhmədovun meyitlərinin qaytarılması ilə bağlı rəsmi məlumat yayıb

Azərbaycanın Dövlət Komissiyası Mübariz İbrahimov və Fərid Əhmədovun meyitlərinin qaytarılması ilə bağlı rəsmi məlumat yayıb
# 06 noyabr 2010 12:39 (UTC +04:00)
APA-nın Dövlət Komissiyasının rəsmi internet səhifəsinə istinadən yaydığı məlumata görə, Azərbaycan Respublikasının, Ermənistan Respublikasının və Rusiya Federasiyası Prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 27 oktyabr 2010-cu il tarixli birgə bəyanatına uyğun olaraq, eyni zamanda, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı müntəzəm və səmərəli danışıqların nəticəsində, Azərbaycan Respublikasının Tərtər rayonu istiqamətində Ermənistan hərbçilərinin hücumunu dəf edərkən 18 iyun 2010-cu il və 4 sentyabr 2010-cu il tarixdə şəhid olmuş Azərbaycan hərbçiləri - İbrahimov Mübariz Ağakərim oğlu və Əhmədov Fərid Güloğlan oğlunun meyitləri 6 noyabr 2010-cu il tarixdə qarşı tərəfdən alınıb. Həmin gün həmçinin, 18 iyun 2010-cu il tarixdə Tərtər çayından tapılmış erməni meyiti qarşı tərəfə qaytarılıb.

İdentifikasiya prosesində meyitin Ağdərə rayonu, Maqadis kənd sakini, 1924-cü il təvəllüdlü Arustamyan Qavruşa Xaçaturoviçə aid olduğu müəyyənləşdirilib. İnsidentsiz başa çatan proses Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası və Müdafiə Nazirliyi əməkdaşlarının iştirakı, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə həyata keçirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR