Azərbaycan Türkiyədən Artilleriya Atəş Müşahidəçisi Simulyatoru alacaq

Azərbaycan Türkiyədən Artilleriya Atəş Müşahidəçisi Simulyatoru alacaq
# 16 noyabr 2010 09:02 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Azərbaycan gələn ilin əvvəllərində Türkiyədən Artilleriya Atəş Müşahidəçisi Simulyatoru (AFOS) alacaq. Bu barədə APA-ya “Havelsan” şirkətindən məlumat verilib.

Simulyatorların alqı-satqısına dair danışıqlar 2009-cu ildə başa çatıb və razılaşma bu ilin əvvəlində əldə olunub. Hazırda istehsalçı şirkət sifarişçinin təklifləri nəzərə alınmaqla sistemin üzərində işləyir.

“Hazırda bu sistem Pakistan Silahlı Qüvvələri tərəfindən istifadə olunur. Azərbaycanla yanaşı, Gürcüstandan da sifarişlər var. Bu sistem sentyabr ayında Cənubi Afrikada keçirilən sərgidə də maraqla qarşılandı və yeni sifarişlərin alınması üçün müzakirələr aparılır”, - deyə şirkətdən bildirilib. Lakin şirkət alqı-satqı müqaviləsinin dəyərini açıqlamayıb.

Qeyd edək ki, AFOS 3D ölçülü geospesifik və geotipik landşaft təsvirlərinə, yüksək həlletmə qabiliyyətinə, peyk məlumatlarının daxil edilməsi və s. imkanlara malikdir. Sistemə həmçinin yeni landşaft xüsusiyyətlərinin və yeni silah sistemlərinin əlavə edilməsi imkanları var. Sistem real hədəf modellərini, real partlayıcı maddə effektlərini təsvir edir, sabit və hərəkət edən hədəfləri özündə saxlayır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR