Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri Azərbaycanda saxlanılan Ermənistan vətəndaşı ilə görüşüblər

Beynəlxalq Qızıl Xaç Komitəsinin nümayəndələri Azərbaycanda saxlanılan Ermənistan vətəndaşı ilə görüşüblər
# 18 noyabr 2010 11:31 (UTC +04:00)
Bu barədə APA-ya qurumun Bakı ofisinin yayım şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib. O bildirib ki, beynəlxalq qurumun nümayəndələri Azərbaycanda saxlanılan erməni mülki şəxsə baş çəkib, onun saxlanma şəraiti və fiziki durumu ilə maraqlanıblar. BQXK nümayəndələri, həmçinin ailəsinin məktubunu saxlanılan şəxsə çatdırıb. Ermənistan vətəndaşı da ailəsinə məktub göndərib.

Xatırladaq ki, Ermənistan vətəndaşı olan Artur Badalyan 2009-cu ilin may ayının 9-da təmas xəttini keçərək Azərbaycan Silahlı Qüvvələrinə təslim olub.

Qeyd edək ki, hazırda Azərbaycanda 6 hərbi əsir və 6 mülki Ermənistan vətəndaşı saxlanılır. Ermənistan vətəndaşları olan Yeğişe, Ruzanna, Alfred, Qayane və Petros Gevorkyanlar bir ailənin üzvləridir. Onlar bu ilin yanvarında Azərbaycan tərəfə keçiblər. Əsirlərdən 3-ü (Qrant Markosyan, Alik Tevosyan və Artur Sarkisyan) 2009-cu ilin fevralında, 2-si (Ohan Arutunyan və Gevorq Tovmasyan) 2009-cu ilin mayında, 1-i (Karen Arutunyan) isə həmin ilin iyulunda Azərbaycan tərəfə keçib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR