Bu il Azərbaycanın hərbi müəssisələrində 86 mövzu üzrə müdafiə təyinatlı məmulatlar yaradılaraq sınaqdan keçiriləcək

Bu il Azərbaycanın hərbi müəssisələrində 86 mövzu üzrə müdafiə təyinatlı məmulatlar yaradılaraq sınaqdan keçiriləcək
# 13 yanvar 2011 15:18 (UTC +04:00)
Müdafiə Sənayesi Nazirliyinin (MSN) mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bu barədə MSN-in istehsalat birliklərində keçirilən səyyar müşavirədə müdafiə sənayesi naziri Yavər Camalov bildirib.

Keçirilən müşavirələrdə istehsalat birliklər üzrə 2010-cu ilin yekunları barədə məlumatlar dinlənilib və 2011-ci ilin Dövlət Müdafiə Sifarişi Proqramının layihəsi müzakirə edilib.

Nazir qeyd edib ki, 2011-ci ildə müdafiə təyinatlı məmulatların istehsal həcminin 2010-cu ilə nisbətən 4 dəfədən çox artırılması, mülki məmulatlar üzrə istehsal həcminin genişləndirilməsi və çeşid sayının 15% artımı planlaşdırılır.

Müşavirələrdə Y. Camalov 2011-ci ilin Dövlət Müdafiə Sifarişi Proqramının icrasının təmini məqsədi ilə nazirliyin tabeli müəssisələrinin yeni texnologiya və avadanlıqlarla təchizatı ilə bağlı tapşırıqlar verib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR