Azərbaycan əsgəri özünü güllələyib

Azərbaycan əsgəri özünü güllələyib
# 19 yanvar 2011 12:47 (UTC +04:00)
APA-nın məlumatına görə, hadisə Müdafiə Nazirliyinin Qazax rayonunda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb. Milli Ordunun əsgəri, Cəbrayıl rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış, 18 yaşlı Ramin Behbud oğlu Quliyev tabeliyində olan avtomat silahdan açılan atəş nəticəsində özünü yaralayıb. Yaralı əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini, kapitan Teymur Abdullayev APA-ya açıqlamasında faktı təsdiqləyib. Bildirib ki, hadisəyə əsgərin silahla ehtiyatsız davranması səbəb olub. Yaralı əsgərin vəziyyətinin orta ağır olduğunu qeyd edən T. Abdullayev faktla bağlı araşdırma aparıldığını bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR