Erməni əsirliyində olan Azərbaycan hərbçisinin anası BQXK-ya müraciət edəcək

Erməni əsirliyində olan Azərbaycan hərbçisinin anası BQXK-ya müraciət edəcək
# 05 fevral 2011 08:55 (UTC +04:00)
Bu barədə APA-ya əsirin anası Nailə Məmmədova bildirib. Onun sözlərinə görə, BQXK əməkdaşları oğluna sonuncu dəfə dekabrın 6-da baş çəkiblər: “Anara baş çəkiləndən bəri iki ay keçib. Mən oğlumun taleyindən çox nigaranam. Elə bu gün BQXK-nın Bərdə ofisi ilə əlaqə saxlayacağam”.

Qeyd edək ki, 1990-cı il təvəllüdlü Anar Xanbaba oğlu Hacıyev Goranboy Rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırılıb. O, 2009-cu il mayın 10-da saat 09.45-də Ermənistan Silahlı Qüvvələri tərəfindən Füzuli istiqamətində əsir götürülüb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR