Azərbaycan Müdafiə Sənayesi Nazirliyində korrupsiya ilə mübarizəyə dair iclas keçirilib

Azərbaycan Müdafiə Sənayesi Nazirliyində korrupsiya ilə mübarizəyə dair iclas keçirilib
# 07 fevral 2011 15:11 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov- APA. Azərbaycan Müdafiə Sənayesi Nazirliyində (MSN) dövlət başçısının tapşırığına əsasən korrupsiya ilə mübarizəyə dair nazirliyin struktur bölmə, birlik, müəssisə və idarə rəhbərlərinin iştirakı ilə iclas keçirilib. Bu barədə APA-ya MSN-dən məlumat verilib.

İclasa sədrlik edən nazir Yavər Camalov Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiya tərəfindən müzakirə olunan məsələləri diqqətə çatdırıb. Nazir bildirib ki, şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiyanın müddəaları və Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planında nəzərdə tutulan tədbirlərin icrası MSN tərəfindən daima nəzarətdə saxlanılır. Nazirlikdə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciətlərə, ərizə və şikayətlərə baxılması işinin təkmilləşdirilməsi istiqamətində korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması üzrə tədbirlər planında nəzərdə tutulan işlərin həyata keçirilməsi, hüquqpozma törədən əməkdaşların müəyyən edilərək cəzalandırılması üçün daxili nəzarət gücləndirilib və qabaqlayıcı tədbirlər görülüb. Nazirliyin aparatında, eləcə də tabeli birlik və müəssisələrdə mütəmadi olaraq korrursiyanın mahiyyəti, səbəbləri və onun doğurduğu təhlükələr haqqında marifləndirmə işi həyata keçirilib, korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müraciət, ərizə və şikayətlərə baxılıb, yerində araşdırmalar aparılaraq müvafiq tədbirlər görülüb.

Müzakirələr zamanı nazir korrupsiya doğura biləcək məqamlara diqqət yetirməyin vacibliyini vurğulayıb və bu məsələlərə hər bir işçinin ciddi yanaşmalı olduğunu bildirib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR