Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində monitorinqdən dərhal sonra yanğınlar törədiblər

Ermənilər işğal etdikləri Azərbaycan ərazilərində monitorinqdən dərhal sonra yanğınlar törədiblər
# 08 fevral 2011 12:09 (UTC +04:00)
Bu barədə APA-nın Qarabağ bürosuna Ağdamın cəbhəyanı yaşayış məntəqələrinin sakinləri məlumat veriblər. Sakinlərin sözlərinə görə, monitorinqin keçirildiyi ərazidən təxminən 5-7 km qərbə doğru boş sahələrdə yanğın müşahidə olunmağa başlayıb. Təmas xəttində keçirilən müşahidədən əvvəl də həmin istiqamətdə zəif tüstü nəzərə çarpıb. Monitorinq başa çatdıqdan sonra isə ərazidə güclü alov görünməyə başlayıb.

Yanğınların ermənilər tərəfindən aparılan təsərrüfat işləri ilə bağlı olduğu güman edilir. Monitorinq zamanı da yanğınların törədildiyi istiqamətdə ermənilərə məxsus traktorların hərəkəti qeydə alınıb. Ehtimala görə, düşmən əkinə hazırladığı torpaq sahələrini quru alaq və kol bitkilərini yandırmaqla təmizləyir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR