Nazirlər Kabineti Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının yeni tərkibini təsdiqləyib

Nazirlər Kabineti Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının yeni tərkibini təsdiqləyib
# 18 fevral 2011 10:53 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov-APA. Nazirlər Kabineti Müdafiə Sənayesi Nazirliyinin kollegiyasının yeni tərkibini təsdiqləyib. Bu barədə APA-ya Nazirlər Kabinetindən məlumat verilib.

Nazirliyin mərkəzi aparatında aparılmış kadr dəyişiklikləri ilə əlaqədar olaraq, yeni üzvlər kimi kollegiyanın tərkibinə Üzeyir İsmayılov (aparatın rəhbəri), Məmmədsaleh Əliyev (müdafiə təyinatlı məmulatların yaradılması şöbəsinin müdiri) və Vəli Fətəliyev (mülki məmulatların istehsalı şöbəsinin müdiri) daxil edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR