Abu-Dabidə keçirilən 10-cu İDEX-2011 beynəlxalq müdafiə sərgisi başa çatıb - FOTOSESSİYA

Abu-Dabidə keçirilən 10-cu İDEX-2011 beynəlxalq müdafiə sərgisi başa çatıb - <font color=red>FOTOSESSİYA</font>
# 25 fevral 2011 08:53 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA. Birləşmiş Ərəb Əmirliklərinin Abu-Dabi şəhərində keçirilən 10-cu İDEX-2011 beynəlxalq müdafiə sərgisi başa çatıb. APA-nın məlumatına görə, sərgidə 53 ölkədən 1060 şirkət öz məhsullarını nümayiş etdirib. Müxtəlif ölkələrdən 150 rəsmi nümayəndə heyəti daxil olmaqla, 60 min ziyarətçi ilə sərgi rekord vurub.

İDEX-2011 sərgisi ilə bir yerdə Abu-Dabidə NAVDEX-2011 sərgisi də keçirilib. Hərbi dəniz sektorunu əhatə edən bu sərgidə BƏƏ, Böyük Britaniya, Fransa və Avstraliyadan 4 hərbi gəmi iştirak edib.

Beş günlük sərgi müddətində ən çox müqaviləni də məhz BƏƏ Silahlı Qüvvələri bağlayıb. Sərgidə ən böyük milli pavilyonlar BƏƏ, ABŞ, Almaniya,Fransa, Türkiyə və Çinin olub. İDEX-də atıcı silahlar, döyüş sursatları, hava müdafiə sistemləri, radarlar, döyüş texnikaları, tanklar, minaya qarşı qorumalı personal daşıyıcılar, dəniz sistemləri, rabitə vasitələri, fərdi mühafizə sistemləri, demininq texnologiyalar daxil olmaqla, müxtəlif çeşidli son texnologiyalar təqdim olunub.

İDEX-2011-ə ilk dəfə qatılan Azərbaycan stendi də maraqla qarşılanıb. Azərbaycanın stendində 71 adda məhsul, o cümlədən 14,5 mm çaplı “İstiqlal” snayper tüfəngi, 60 mm çaplı minaatan, döyüş sursatlarını və minaları məsafədən partlatmaq üçün “Qığılcım” adlanan sistem, sualtı gəmilər üçün dozator (“Uran-3”), mina detektorları, tank əleyhinə mina, “Zərbə” adlı təlim bombası, reaktiv mərmilər, atıcı və artilleriya silahları üçün döyüş sursatları nümayiş etdirilib. “İstiqlal” snayper tüfəngi ərəb ölkələri ilə yanaşı, Avropa və Amerikadan olan hərbçilər tərəfindən də maraqla qarşılanıb.

Sərgi çərçivəsində Azərbaycan nümayəndə heyəti tərəfindən bir sıra xarici milli pavilyonlara baş çəkilərək ikitərəfli görüşlər keçirilib. Əməkdaşlığa dair memorandumlar imzalanıb. Azərbaycan müdafiə sənayesi naziri Yavər Camalov, müdafiə naziri Səfər Əbiyev və Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev Türkiyənin Müdafiə Sənayesi Katibliyi, ASELSAN, ROKETSAN, STM, ATEL, MKEK, “Otokar”, FNSS, “Ares Shipyard”, “Yonca-Onuk”, “Bites”, “Öztek”, TAİ, HAVELSAN kimi şirkətlərin stendlərinə gedərək onların istehsal etdikləri ən son texnologiyalarla tanış olublar.

Qeyd edək ki, APA-nın əməkdaşlarının İDEX-2011 sərgisində iştirakını “Paramount Group” şirkəti dəstəkləyib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR